İtaliyada Siciliya mafiyasının 94 üzvü həbs edildi
Siciliyada polis geniş miqyaslı fırıldaqçılığın qarşısını alıb. 
Qaynarinfo xəbər verir ki, keçirilən xüsusi əməliyyat zamanı quldur dəstəsinin 94 üzvü həbs edilib.
Bildirilir ki, axtarış və həbslər Messina şəhərində aparılıb. Bir anda mafiya klanlarının iki lideri və onlarla əməkdaşlıq edən notariuslar, iş adamları, eləcə də məmurlar həbs edilib. 
Mafiozların kənd təsərrüfatını dəstəkləmək üçün Brüsselin göndərdiyi 10 milyon avronu saxta sxem əsasında AB fondlarından çıxarmağa çalışdıqları məlum olub.