Dünyanın ən qədim maddəsi tapıldı
 
ABŞ və İsveçrədən olan bir qrup alim 1969-cu ildə Avstraliyaya düşən Murçison meteoritində tapdıqları Günəşdən öncəki hissəcikləri araşdıraraq, əldə etdikləri nəticələrlə bağlı akademik məqalə yayımlayıblar.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məqalənin əsas müəlliflərindən olan Çikaqo Universitetinin dosenti Filipp Hek tədqiq etdikləri hissəciklərin ulduzlardan gələn qatı nümunələr və həqiqi ulduz tozu olduğunu müəyyənləşdirdiklərini deyib. Alimlər bunun 7,5 milyard il əvvələ aid olduğunu və dünyada mövcud olan ən qədim maddə olduğunu kəşf ediblər. Ehtimal edilir ki, toz hissəcikləri Günəş Sistemi yaranmamışdan əvvəl ulduzlarda yaranıb. Onlar söndükdən sonra isə partlayış nəticəsində kosmosdakı boşluğa yayılıblar.