Dimitri Medvedevin yeni vəzifəyə təyin ediləcəyi gözlənilir
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təsis etmək niyyətindədir. “Report” TASS-a istinadən xəbər verir ki, bu vəzifəyə keçmiş hökumət başçısı Dimitri Medvedev nəzərdə tutulur. Qeyd edək ki, bundan əvvəl Rusiya hökuməti istefa verib.