Rusiyalı deputat: "ABŞ iqlim dəyişən silahdan istifadə edir"
Rusiya Dumasının üzvü Aleksey Yuravlyov ölkəsində müşahidə olunan anormal isti hava şəraitinə görə ABŞ-ı günahlandırıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, deputat Vaşinqtonun iqlim silahına sahib olduğunu iddia edib.
"Qarşımızda müasir texnologiyalardan istifadə edən bir ABŞ var. Onların silahı bütün dünyada istifadə oluna bilər. Bu səbəbdən Rusiya da təsirə məruz qalır. Ümid edirəm ki, bunlar təsadüfi iqlim dəyişikliyi deyil Birincisi Vyetnamda iqlim silahlarından istifadə edildiyinə əminik. Qadağan olunmasına baxmayaraq bu texnologiyalardan istifadə olunduğunu bilirik. Çünki bunu elm adına araşdırma aparırlarmış kimi göstərirlər. Bu, böyük bir problem və fəlakətə səbəb ola bilər", - deyə Yuravlyov bildirib.
Qeyd edək ki, Rusiya tarixin ən isti qışını yaşayır. Meteoroloqların fikrincə havanın temperaturu normaldan 4-6 dərəcə yuxarıdır və bu tendensiya fevral ayında da davam edəcək.