Həftarin ordusu Liviya paytaxtini raket atəşinə tutub
Xəlifə Həftarın özünü "Liviya milli ordusu" adlandıran silahlı dəstəsi Tripolinin cənubundakı Slahəddin və Ər-Ramlə rayonlarını raket atəşinə tutub. Bu barədə Liviya Milli Razılıq Hökməti (MRH) mətbuat-katibinə istinadla «Anadolu» agentliyi xəbər verib. Onun sözlərinə görə, «bölgədə Həftarın muzdluları yerləşib, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) pilotsuz uçaqları isə Tripoli səmasında uçuşlar edir». Həftarın və Liviya MRH-nin qarşı duran gücləri Rusiya və Türkiyənin çağırışına qulaq asaraq, yanvarın 12-si gecəsi barışıq elan ediblər. Yanvarın 13-də Liviya MRH-nin başçısı Faiz Sərac və Həftar Moskvada Rusiya və Türkiyə tərəflərinin vasitəçiliyi ilə Liviyada atəşkəsi nəzərdə tutan sənədi müzakirə ediblər. Səkkiz saatlıq danışıqların nəticəsi olaraq, Sərac sənədi imzalayıb, Həftar isə 2 günlük pauza götürüb. Yanvarın 15-də Həftarın tərəfdarları barışığı pozublar və döyüşlər bərpa olunub. AzPolitika.info