“Sovetski”də söküntü işləri dayandırıldı
“Sovetski” ərazisində söküntü işləri dayandırılıb. Bu barədə Report-a həmin ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilib ki, sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə görüşə dəvət edilib. Qeyd edək ki, bu gün “Sovetski” ərazisində 24 ailənin yaşadığı evlərin söküntü işlərinə başlanılmışdı.