İran «Zəfər» süni peykini yaxın günlədə orbitə buraxacaq
İran yaxın günlərdə Zəfər-1 və Zəfər-2 süni peyklərini orbitə buraxacağını bildirib.

SalamNews İRNA-a istinadla xəbər verir ki, İranın Kosmik Fəaliyyətlər Təşkilatı ötən gün "Zəfər" peyklərini ölkənin Rabitə və Telekomminikasıya Nazirliyinə təhvil verib.

Məlumata görə telekommunikasiya peykləri yaxın günlərdə "İmam Xomeyni" kkosmik stansiyasından "Simurğ" adlı daşıyıcı ilə orbitə göndəriləcək.

Qeyd edək ki, ötən il İranın süni peyklərindən birini orbitə göndərmə cəhdi uğursuz alınıb.

Bildirək ki, İran hökumətinin altıncı inkişaf proqramına əsasən bu ölkə gələn 5 il ərzində bütün əməliyyatlarının və istehsal proseslərinin yerli olduğu süni peykini orbitdə yerləşdirməlidir. Bu süni peyk tamamilə İran nəzarətində olmalıdır.