"Qarabağ" La Liqa klubunun hücumçusunu transfer edir
"Qarabağ" İspaniyadan futbolçu transfer edir.
Qaynarinfo İspaniya mediasına istinadən xəbər verir ki, Ağdam təmsilçisi La Liqada çıxış edən "Leqanes"ə məxsus Ovusu Kvabenanı heyətinə qatmağa yaxındı. 
22 yaşlı forvard 2019/20 mövsümünün ilk yarısında icarə əsasında "Kordoba"da oynayıb (17 oyun, 6 qol). Artıq "Leqanes" Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib.
Qeyd edək ki, Ovusu Kvabena ötən ildən dəvət aldığı Qana millisində 3 oyun keçirib.