"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib
"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiqləyib.   Modern.az-ın agentliyə istinadən verdiyi məlumata görə, bu proqnoz stabildir və ölkənin güclü xarici balansı ilə birgə aşağı dövlət borcunu əks etdirir.   Bundan əlavə, "BB+" reytinqi iqtisadiyyatın karbohidrogenlərdən güclü asılılığını və bank sektorunun davamlı zəifliyində nəzərdə tutur.