Çində robotlaşdırılmış restoran açıldı
Çində bütün işləri robotlar görən ilk restoran açıldı. Foodom adlı qeyri-adi iaşə obyekti Quanjou şəhərində yerləşir və Country Garden Holdings Co. Ltd-nin təşəbbüsüdür. Restorana gələn müştəriləri robotlar qarşılayır. Məhz elə onlar sifarişləri qəbul edir və yeməkləri hazırlayır. Məlumata əsasən, mətbəxdə 32 robot-aşpaz fəaliyyət göstərir. Xüsusi alqoritlərin sayəsində robotlar lazım olan məhsulları, onların çəkisini və yeməyin hazırlanması üçün tələb olunan zamanı müəyyən edə bilirlər.