ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı
ABŞ rəhbərliyinin İrana qəzəbli münasibəti İran xalqının müstəqilliyindən və Tehranın Vaşinqtona qarşı müxalifətindən qaynaqlanır. Lenta.ru-nun məlumatına görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xameneyi “Twitter”də bəyan edib. “İranın ABŞ-a qarşı müqaviməti bütün dünya üçün cəlbedicidir. Vaşinqton İİR-in müstəqil dövlət imicinə və təcavüzkara qarşı müqavimət göstərən millətinə görə İran xalqına qəzəblənir”, - deyə o bildirib.

’s resistance to the US is attractive to the world. The US govt is angry with the Iranian nation due to the image they give of an state and nation standing up to an aggressor. This attraction should be used to spread the truths of & the Iranian nation.

1,394 people are talking about this
Ayətullah Xameneyi bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlılarının komandirinin öldürülməsini “qorxaq kimi davranan və artıq imicini bərpa edə bilməyən ABŞ üçün rüsvayçılıq” adlandırmışdı.