Krivonos: “Ukrayna Donbası silah gücünə qaytara bilər...”
Ukrayna Donbass problemini hərbi yolla həll edə bilər.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Sergey Krivonos "Donbass Reali”yə deyib.
Onun sözlərinə görə, "siyasi qərar" ölkə rəhbərliyi tərəfindən veriləcək, lakin silahlı qüvvələr hər an hazır olmalıdırlar.
O, xarici ərazilərin ələ keçirilməsindən yox, Ukraynanın öz ərazisini "azad etməkdən” söhbət getdiyini vurğulayıb.
"Siyasi qərar verildiyi təqdirdə seçim istisna edilmir. Bütün bunlar silahlı qüvvələrimizi nə qədər yaxşı hazırlamağımızdan asılıdır", - Krivonos bildirib.
Krivonos qətiyyətli addımlar üçün zəruri tədbirlər, o cümlədən Rusiyanı "zəiflətmək" məqsədiylə sanksiyaların gücləndirilməsi kursundan danışıb.
O, etibarlı ərazi müdafiə sistemi və ordunun aktiv hücum əməliyyatları keçirmə qabiliyyətinin yaradılmasının vacibliyini də qeyd edib.