Rusiyada yeni hökumətin tərkibi müəyyənləşib
Rusiyada yeni hökumət formalaşdırılıb.
Xezerxeber.az xəbər verir ki, əvvəlki hökumətdən 12 nazir yeni kabinetin üzvü təyin edilib, 14 nazir isə vəzifəsini itirib.
Yeni hökumətdə Baş Nazir Mixail Mişustinin doqquz müavini fəaliyyət göstərəcək. Rusiya Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov Baş Nazirin birinci müavini təyin edilib. Yuri Trutnyev, Yuri Borisov və Tatyana Qolikova Baş Nazirin müavini vəzifələrində qalıblar. Dmitri Çernışenko, Marat Xusnulin, Viktoriya Abramçenko, Aleksey Overçuk, Dmitri Qriqorenko vitse-premyer vəzifələrinə yeni təyin olunublar.
Sergey Lavrov Xarici İşlər, Sergey Şoyqu Müdafiə, Denis Manturov Sənaye və Ticarət, Vladimir Kolokoltsev Daxili İşlər, Aleksandr Novak Energetika, Anton Silunov Maliyyə, Yevgeni Zinçev Mülki Müdafiə və Fövqəladə Hallar naziri vəzifələrində qalıblar. Mixail Muraşko Səhiyyə, Maksim Reşetnikov İqtisadi İnkişaf, Maksud Şadayev Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar, Olqa Lyubimova Mədəniyyət naziri vəzifələrinə yeni təyin ediliblər. Valeri Falkov Elm və Ali Təhsil, Aleksandr Kozlov Uzaq Şərqin İnkişafı, Dmitri Kobılkin Təbii Ehtiyatlar və Ekologiya, Konstantin Çuyçenko Ədliyyə, Vladimir Yakuşev İnşaat, Yevgeni Ditrix Nəqliyyat, Dmitri Patruşev Kənd Təsərrüfatı, Anton Kotyakov Əmək və Əhalinin Sosial Müdafiəsi, Oleq Matıtsin İdman naziri vəzifələrini tutublar.