Səmərqənddə qadın onu evindən çıxarmağa gələn prokurorları yandırdı
Səmərqənddə 41 yaşlı qadın onu evindən çıxarmağa gələn Özbəkistan Baş Prokuroru yanında Məcburi İcra Bürosunun işçilərinin üstünə benzin tökərək yandırıb.
Qaynarinfo bu haqda "Qalampir”ə istinadla xəbər verir. 
Səmərqənd şəhər mülki məhkəməsi tərəfindən qadının evindən çıxarılması haqda qərar qəbul edilib. Lakin ev sahibi prokurorluq işçilərinin əmrinə tabe olmaqdan və Nəvayi prospektində yerləşən evini tərk etməkdən imtina edib. Bundan sonra isə müfəttişlərin üstünə benzin tökərək üstlərinə yanan bir dəsmal atıb.
"Nəticədə Məcburi İcra Bürosunun işçiləri onu evindən çıxarmaqdan imtina etməyə məcbur olublar", - "Qalampir” yazıb.
Müfəttişlərin hər hansı xəsarət alıb-almadığı haqda məlumat verilmir.