ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək
ABŞ Prezidenti Donald Tramp ölkə tarixində abort əleyhdarlarının yürüşündə iştirak edən ilk dövlət başçısı olacaq.  Life.ru-nun məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişam “Twitter” səhifəsində məlumat verib. “Prezident Donald Tramp “Həyat üçün Marş”ı ziyarət edən ilk ABŞ prezidenti olacaq”, – deyə məlumatda bildirilir. Trampın özü də mitinqdə iştirakını şərh edib. “Cümə günü görüşərik”, - deyə mikrobloqunda yazıb və “Həyat üçün Marş” səhifəsinə əlavə edib.