Koçaryanın ofisi yerləşən oteldə atışma
Ermənistanın Yerevan şəhərində atışma olub. “İnterfaks”ın xəbərinə görə, silahlı insident şəhərin mərkəzində yerləşən “Erebuni Plaza” otelində olub. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ofisinin və müxalif “Kanal 5” telekanalının da bu oteldə yerləşdiyi bildirilir. İlkin məlumata görə, xəsarət alan olmayıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.