Şimali Koreya Çindən təyyarə səfərlərinə qadağa qoydu
Şimali Koreya Demokratik Respublikası Pekinlə Pxenyan arasında hava nəqliyyatını fevralın 10-a qədər dayandırıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Çində yayılan korona virusudur. Həmçinin diplomatik nümayəndəlik və ailələrinə Çinə səyahət etməmələri barədə sərt xəbərdarlıq edilib.