ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm".   Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib.   O bildirib ki, AYB-nin qurultayının tarixi haqqında hələ ki, dəqiq bir məlumat yoxdur:   "Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəm".