Conson Brexit sazişini imzaladı
Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqından ayrılmasını nəzərdə tutan Brexit sazişini imzalayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, mərasimə Britaniya bayrağının rəngindəki geyimində qatılan baş nazir təntənəli nitqlə çıxış edib.
"Brexit sazişinin imzalanması möhtəşəm andır. Bu 2016-cı ilin referendum nəticələrini njəhayət ki, həyata keçirəcək və uzun illər davam edən müzakirə və fikir ayrılıqlarına nöqtə qoyacaq", - deyə Conson bildirib.
Xatırladaq ki, sazişi Avropa Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyen də imzalayıb. Razılaşmanın qüvvəyə minməsi üçün Avropa Parlamentinin sənədi təsdiqləməsi lazımdır. Prosesin yanvarın 29-da baş tutacağı gözlənilir. Beləliklə Böyük Britaniya yanvarın 31-də rəsmən ittifaqdan ayrılacaq.