"7 rayonun qaytarılma sənədi var, müzakirədədir" - Paşinyan
 
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ məsələsi ilə bağlı onlara saxladığı mirasdan danışıb.
Axar.az-ın Ermənistanın "Аysor" saytına istinadən verdiyi məlumata əsasən, Paşinyan ictimaiyyətə açıqlamasında qeyd edib ki, yeddi rayon – Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması ilə bağlı sənəd artıq hazır idi.
"Sənəddə Ermənistanla Qarabağ arasında dəhliz saxlanılacaqı da qeyd olunmuşdur. İndi də bu sənəd danışıqlar masasındadır. Bizə bu Sərkisyandan miras qalıb. Biz nə edə bilərik?” - deyə Ermənistanın Baş naziri vurğulayıb.