Trampın istəyini Fələstin prezidenti rədd etdi
Fələstin rəhbərliyindən adının açıqlanmasını istəməyən yüksək çinli məmurlardan biri bildirib ki, Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampın telefonla danışmaq istəyini qəbul etməyib.    O, danışıq istəyinin bir neçə gün əvvəl baş verdiyini bildirib.   ABŞ prezidenti Donald Tramp İsrail rejiminin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə 28 yanvarda keçirəcəyi görüşdən əvvəl "Əsrin müqaviləsi" planını açıqlayacağını bildirmişdi.