Polşadan Rusiyanın təzminat ödəməsi tələbinə CAVAB
Rusiyanın Almaniyadakı səfirliyi hakim Polşa Mühafizəkar “Hüquq və Ədalət” Partiyası sədrinin İkinci Dünya Müharibəsi zamanı vurduğu zərərin ödənilməsi tələbinə cavab verib. Lenta.ru-nun xəbərinə görə, bu barədə diplomatik nümayəndəliyin “Facebook” səhifəsində yazılıb. “Xatırlatmaq istərdim ki, Polşanın nasizmdən azad edilməsi üçün ölkəmiz Qırmızı Ordunun 600 min əsgərini qurban verib. Onların sayəsində Polşa bu gün bir dövlət olaraq mövcuddur. Osvensim əsirlərinin Qırmızı Ordu tərəfindən azad edilməsinin 75-ci ildönümünü dünya Holokost faciəsi və bir sovet əsgərinin qəhrəmanlığı kimi xatırlayır, amma Polşa rəhbərliyinin öz hekayəsi var”, - deyə səfirliyin nümayəndələri yazıb. Qeyd edək ki, yanvarın 25-də Polşadakı hakim “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski Varşavanın İkinci Dünya Müharibəsi zamanı vurduğu ziyana görə təkcə Almaniyadan deyil, Rusiyadan da kompensasiya almaq istədiklərini deyib.  Federasiya Şurası polşalı siyasətçinin açıqlamasına cavab verib. “Polşa siyasətçiləri özlərini ciddi aparmır, ölkələrini biabır edirlər”, - senator Sergey Çekov bildirib. O xatırladıb ki, müharibənin məhv etdiyi Polşanı yüz minlərlə sovet əsgəri qurban verən Rusiya bərpa edərək faşizmdən azad edib.