Ötən il texnogen qəzalarda 68 nəfər ölüb - Statistika
2019-cu il ərzində respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olunub.
BakuPost-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin illik statistik məlumatlarında qeyd olunub.
Bildirilib ki, təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilmiş, 136 nəfər təxliyə olunub.
2019-cu il ərzində respublika ərazisində 16399 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2018-ci il ilə müqayisədə 1090 hadisə və ya 7% çoxdur.
Texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 338 nəfər xəsarət alıb. Bu da 2018-ci il ilə müqayisədə həlak olanlar üzrə 37 nəfər və ya 35% azdır, xəsarət alanlar üzrə 107 nəfər və ya 46% çoxdur. Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilib, 1092 nəfər təxliyə olunub.