Türkiyə yenə silkələndi – 5,1 bal
Türkiyədə 5.1 bal gücündə zəlzələ baş verib.  Modern.az Türkiyə KİV-nə istinadən xəbər  verir ki, zəlzələ yerli vaxtla 14.26-da Manisada baş verib. Zəlzələnin  Bursa və İzmirdə də hiss edildiyi bildirilib. AFAD isə zəlzələnin miqyasının 4.8 olduğunu açıqlayıb.