Deputatlığa namizədlərin sayı açıqlanıb
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. "Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, hazırda 1345 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır.