Türkiyə Dağlıq Qarabağ münaqişəsini həll edə bilər
Dağlıq Qarabağ münaqişəsində həll yolu tapmaq üçün səylərimizi davam etdiririk. Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndələri ilə görüşü zamanı deyib. O vurğulayıb ki, bu il də Qarabağ məsələsinə böyük diqqət ayıracaqlar: “Rusiya bu məsələyə öz təsirini göstərsə, biz onu həll edəcəyik”. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlayıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.