Məhəmməd Salahı Tokio-2020-yə aparırlar
"Liverpul"un hücumçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edə bilər. Apasport.az saytının məlumatına görə, bunu Misirin U-23 yığmasnın baş məşqçisi Şavki Qarib deyib. Çalışdırıcı Olimpiadaya aparmaq istədiyi oyunçuları sırasında Salahın da olduğunu söyləyib: "50 futbolçudan ibarət ilkin siyahını göndərməliyik. Şübhəsiz ki, Məhəmməd Salah siyahıda birinci olacaq". Ulduz futbolçu Tokio-2020-də iştiraka razılıq versə, "Liverpul"un yay təlim-məşq toplanışını və gələn mövsümün ilk turlarını buraxacaq. Qeyd edək ki, Olimpiadada futbol yarışları 22 iyul - 8 avqust aralığında baş tutacaq.