“Rusiyanın “Vaqner” muzdlu ordusu Haftarın xidmətindədir” - Ərdoğan
“Türkiyə Liviyada qanuni hökumətin, Suriyada isə xalqın yanındadır”. APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Rusiyanın “Vaqner” muzdlu ordu Haftarın (Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftar-red.) xidmətindədir. Türkiyə Prezidenti Suriyada baş verən son proseslərə də toxunub. O qeyd edib ki, Türkiyə Suriyanın suverenliyini dəstəkləyir və bunun üçün bütün lazımi addımlar atılacaq.