Putin Çin sədrinə koronavirusla bağlı yardım təklif etdi
Rusiya Prezidenti Vladimir Putin koronavirusla mübarizə aparan Çin sədri Si Cinpinə teleqram göndərərək yardım təklif edib.  Putin Çin xalqına lazımi kömək göstərməyə hazır olduğunu bəyan edib. Rusiya prezideti görüləcək ciddi tədbirlər sayəsində epidemiyanın yayılmasının qarşısının alınacağına əmin olduğunu vurğulayıb. Vladimir Putin virus nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib, xəstəliyə tutulanlara şəfa diləyib.