37 nəfərə ölüm hökmü oxundu: Son qərarı müfti verəcək
Misirin Cinayət məhkəməsi “Beyt Ənsar əl-Məkdis” terror qruplaşmasının 37 döyüşçüsünü 54 cinayətdə, o cümlədən, Daxili İşlər nazirini öldürməyə cəhddə təqsirli hesab edərək, ölüm hökmü verib. Bu barədə “Gazeta” informasiya yayıb. İş üzrə ümumilikdə 208 nəfər ittiham edilib, onlardan 37-sinə ölüm hökmü oxunub. Misir qanunvericiliyinə əsasən məhkəmənin qərarına bundan sonra ölkə müftisi Şauki Əlləm baxacaq. O, hökmün şəriətə uyğun olub-olmadığına qərar verəcək.