Zukerberq: “Facebook”da radikal dəyişikliklər olacaq
“Facebook” rəhbəri Mark Zukerberq sosial şəbəkədə radikal dəyişikliklər edəcəyini açıqlayıb. Bu barədə CNN informasiya yayıb. Zukerberqin sözlərinə görə, daha əvvəl “Facebook” hər kəsin xoşuna gəlmək üçün heç kimi incitməməyə çalışıb, lakin bu səbəbdən kompaniyanın prinsipləri zərər görüb. “Bu yeni yanaşmadır, düşünürəm ki, çoxlarını hirsləndirəcək. Lakin əgər düzünü desək, elə köhnə yanaşma da çoxlarını hirsləndirirdi, ona görə də gəli,n yeni nəsə yoxlayaq”, - Zukerberq bildirib. Sosial şəbəkənin rəhbəri “Facebook”da terrorçuluq, zorakılığa çağırış və ya uşaqların istismarı ilə əlaqəli zərərli kontentə əvvəlki kimi yer olmayacağını vurğulayıb. Bununla yanaşı əlavə edib ki, kontent müəllifləri üçün ifadə azadlığının başladığı bir növ sərhəd olmalıdır.