“Zirə” qalib gəldi, “Neftçi” bərabərə qaldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. "Qafqazinfo" xəbər verir ki, 15-ci turun açılış matçında "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Günün digər matçında isə "Neftçi" "Sumqayıt"la bərabərə qalıb. 15:00. “Zirə” – “Sabah” - 2:0
Qollar: Ağabala Ramazanov, 45+2, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu “Neftçi” –“ Sumqayıt” - 1:1 Qollar: Baqali Dabo, 71 - Rəhim Sadıxov, 43 Qırmızı vərəqə: Voislav Stankoviç, 41 ("Neftçi") Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov Hakim-inspektor: Fariz Yusifov AFFA nümayəndəsi: Ramiz Mustafayev “Bakcell Arena”, 17:30.