Bakıda çempion məktəbli dəm qazından zəhərlənərək ölüb
Bakıda 11-ci sinif şagirdi dəm qazından zəhərlənərək vəfat edib. “Report”un xəbərinə görə, hadisə fevralın 2-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 30/2-də qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Arzuman Ağaxan oğlu Abbasov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. Qeyd edək ki, A.Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.