Məktəblilərin qış tətili sona çatdı
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb.
 
Busaat.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.
Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib.
Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.