Ərdoğan Rusiyaya SƏSLƏNDİ: “Qarşımızı kəsməyə cəhd etməyin”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İdlibdə 4 türk əsgərinin ölümü, 9-nun yaralanması ilə nəticələnən insidentə rekasiya verib.   Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Suriya Ordusunun mövqelərinə cavab zərbələri endirildiyini deyib. “Müəyyən etdiyimi 40 hərbi mövqeyə aviasiya və top zərbələri endirilib. İlk məlumata görə, qarşı tərəfdən 30-35 arasında hərbçi məhv edilib və əməliyyat davam edir. Rusiya tərəfinə də demək istəyirəm ki, “hədəfimiz siz deyilsiniz, qarşımızı kəsməyə cəhd etməyin”- deyə səslənirəm. Şəhid verməyimizə sakit dura bilmərik. Bunun cavabını verməlidirlər”.   Ukraynaya səfər öncəsi jurnalistlərə açıqlama verən Ərdoğan Türkiyə və Rusiya tərəfinin İdlib bölgəsində tez-tez hərbi kanallar vasitəsilə əlaqədə olduqlarını da bildirib.