“Lotu Quli”nin bacısı oğlunu bıçaqlayan şəxs saxlanıldı
Azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) bacısı oğlu Maqa Rustavskini (Məhəmməd Qurbanov) bıçaqlayan şəxs saxlanılıb.   Modern.az Rusiya KİV-nə xəbər verir ki, İstanbuldakı restoranların birində baş verən bıçaqlanmaya görə “Kvejoviç” ləqəbli “qanuni oğru” Quram Çixladze saxlanılıb. 35 yaşlı Çixladze 1 aydan çoxdur ki, gizləndiyi İstanbulda ələ keçib.   Xatırladaq ki, Məhəmməd Qurbanov 2019-cu il dekabrın 24-də dostları ilə birlikdə olarkən restorana Qulinin düşmənlərindən olan “Kvejoviç” ləqəbli “qanuni oğru” (Quram Çixladze) daxil olub. Maqanı görən “Kvejoviç” və ətrafındakılar dərhal ona hücum ediblər. Nəticədə Maqa Rustavski bir neçə bıçaq zərbəsi alıb.   O, təcili xəstəxanaya çatdırılıb.