“Rusiya elə bir silaha malikdir ki, bu, onun məğlubiyyətini istisna edir”
Zərdüşt Əlizadə: “Baxmayaraq ki, bu silahın hər qarşıdurmada tətbiq edilməyəcəyi məlumdur”

  Məlum olduğu kimi, Türkiyə Ukraynaya 50 milyon dollar məbləğndə kredit verib. Hansı ki, bu kreditlər müasir silah-sursatın alınmasına sərf ediləcək.   Maraqlıdır, bu kimi dəstəklər Ukrayna ordusunun yenidən qurulmasına, onun Rusiya ordusuna layiqli rəqib kimi formalaşmasına təkan verə bilərmi?   Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu kimi addımlarla Ukrayna ordusunun Rusiya qarşısında üstünlük qazana bilməyəcəyini vurğuladı:   “Şübhəsiz ki, bu, Ukraynanın Rusiya qarşısındakı hərbi geriliyini aradan qaldıra bilməz. Rusiya raket-nüvə silahına malik dövlətdir, Ukrayna yox. Təbii ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Lakin bu silah istənilən halda Rusiyanın məğlubiyyətini istisna edir.   Ukrayna ordusu son 25 ildə bu ölkədə hakimiyyət uğrunda aparılan mübarizələr fonunda zəifləyib. Indi onun yenidən toparlanması, lazımi güc əldə etməsi üçün ən azı 10 il vaxt lazımdır.   Hesab edirəm ki, Ukrayna-Rusiya qarşıdurması həm sülh, həm də hərb amilindən istifadə edilməklə öz həllini tapa bilər. Problemin sülh yolu ilə həlli isə o deməkdir ki, hər iki tərəf uydurma xülyalardan əl çəkməlidir”.