`Google`un tərcümə xidməti jest dilini öyrənib
"Google”un tərcümə xidməti daima təkmilləşdirilir. Son yeniliklərdən biri ani səsli tərcümə olub. Xidmət artıq 100-dən çox dili dəstəkləsə də, amma indiyədək jest dilini başa düşmürdü. Bunun üçün axtarış nəhəngi əl hərəkətlərini danışığa çevirə bilən süni intellekt hazırlayıb.   Süni intellekt jestlərin interpretasiyası və onların danışığa çevrilməsi ilə məşğuldur. Bu, nitq problemi olanların jest dilini bilməyən başqa insanlarla ünsiyyət saxlamasını asanlaşdıracaq. "Google” sözügedən texnologiyanın işini adi smartfonda nümayiş etdirib.   Şirkətin mütəxəssisləri qeyd ediblər ki, bu texnologiya hələ ki qeyri-mükəmməldir.