Xəstələnməmək üçün: Qışda bu 6 ərzağı süfrədən əskik etməyin: SİYAHI
Dietoloqlar qış fəslində yeyilməsi vacib olan ərzaqların siyahısını açıqlayıb. Bu ərzaqlar immun sistemini gücləndirmək xüsusiyyətinə malikdir. Siyahı barədə "Focus" nəşrində deotoloq Yeva Mariya fon- Brux deyib. O, 6 ərzaq məhsulunun siyahısını hazırlayıb ki, bura da şpinat, yerkökü, balıq, qoz, qırmızı kələm, kartof daxildir. Bu ərzaq məhsullarının tərkibində A və B vitaminləri çoxdur. Mütəxəssis bildirib ki, qız aylarında tərkibində çoxlu yağ olan ərzaqların yeyilməsi mısləhət görülmür. Çünki bu, orqanizmin immun funksiyasının pozulmasına gətirib çıxaracaq. Cebhe.info