Azərbaycanda vəzifəli şəxsin oğlu məktub yazıb yoxa çıxdı
Bakıda doqquzuncu sinif şagirdi itkin düşüb. Oxu.Az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib.  F.Zeynalov evdə məktub yazaraq naməlum istiqamətə gedib.  Qeyd edək ki, o, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əziz Zeynalovun oğludur.