ABŞ-ın xeyrinə casusluq edən şəxs edam olunacaq
İran Ali Məhkəməsi ABŞ-ım Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən Əmir Rəhimpura ölüm hökmü çıxarıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İranın nüvə proqramı barədə ABŞ kəşfiuyyatına xəbər ötürüb.   İran Ali Məhkəməsinin nümayəndəsi Qulam Hüseyn İsmaili yaxınlarda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən digər 2 casusa 5 və 10 il həbs cəzaları verdiyini də vurğulayıb.