Lukaşenko Putinlə görüşünü “həqiqət anı” adlandırıb
Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək. Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, iki lider fevralın 7-də görüşəcək. Onların Rusiya ərazisində danışıqlar aparacağı gözlənilir.   Lukaşenko görüşü “həqiqət anı” adlandırıb. Onun fikrincə, Moskva Belarusa daxili qiymətə qaz satacağı ilə bağlı vədini tutmamasından gileylənib.