Elazığda çökən Kamal Sunalın doğulduğu evdir?
Türkiyənin məşhur aktyoru mərhum Kamal Sunalın ailəsi medianı yalan yaymaqda ittiham edib.   Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir neçə gün öncə sosial mediada Elazığda meydana gələn 6.8 bal gücündə baş vermiş zəlzələdə aktyor Kamal Sunalın evinin də çökdüyü xəbəri yayımlanıb.   Sunal ailəsi isə bu xəbəri təkzib edib. Belə ki, aktyorun həyat yoldaşı Gül Sunal mətbuata açıqlama verib:   “Son günlər bəzi media orqanlarında “Elazığ zəlzələsində Kamal Sunalın doğulduğu ev çökdü” başlıqlı həqiqətə uyğun olmayan məlumatlar yayıldı. Bu xəbərlər həqiqəti əks etdirmir. Hər kəsə bildirmək istəyirəm ki, Kamal Sunal, İstanbulun Küçükpazar mahalında anadan olub və yayımlanan xəbərlərdə adı çəkilən evlə heç bir əlaqəsi yoxdur”.   Qeyd edək ki,  yanvarın 24-də Türkiyənin Elazığ rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdə 41 nəfər həyatını itirib, 2 mindən çox insan yaralanıb.qa