Bu il Gürcüstana ən çox gələn azərbaycanlı turistlər olub
Gürcüstana bu il səyahət edənlər ən çox azərbaycanlı turistlər olub. Bu barədə Tourism.interfax.ru-nun Milli Turizm Adminstrasiyasına əsasən xəbər yayıb. Xəbərdə bildirilir ki, ölkə ərazisinə yanvar ayında 86,9 min turist səyahət edib. Bu rəqəm ötən ilin yanvar ayı ilə müqayisədə 11% çoxdur. İlk yerdə 124,5 min turistlə azərbaycanlılar durur. Digər yerləri isə Ermənistan, Rusiya və Türkiyə bölüşdürür.