Oleq Kononov "Riqa"nı Azərbaycan millisindən üstün tutub
Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlərin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, AFFA-nın nəzərdən keçirdiyi 32 mütəxəssisdən biri namizədlər sırasından çıxıb. Bu, tanınmış rusiyalı məşqçi Oleq Kononovdur. O, AFFA-dakı namizədliyi deyil, Latviyadan aldığı təklifi daha ciddi sayaraq Baltikyanı ölkəyə yollanmağa üstünlük verib. 53 yaşlı mütəxəssis “Riqa” klubunun baş məşqçisi olacaq. Latviya çempionu ilə anlaşan rusiyalı mütəxəssisin sabah rəsmi müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, O.Kononov karyerası ərzində Rusiyada “Spartak”, “Krasnodar”, “Arsenal”, “Axmat” kimi klubları çalışdırıb.