Türkiyədə qar uçqununda ölənlərin sayı 23-ə çatıb
Bu gün Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 23-ə çatıb. 
Türkiyədə qar uçqunu altında qalan 8 nəfər ölüb. "AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında daxili işlər naziri Süleyman Soylu bildirib. *** Türkiyənin Van bölgəsində növbəti qar uçqunu baş verib. APA-nın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib. Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, ərazidə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib. Nəticədə onlarla şəxs uçqun altında qalıb. Bələdiyyə sədri indiyədək 25 nəfərin xilas edildiyini, qar uçqunu altında 50-dən çox adamın qaldığını bildirib.