Qırğızıstanın ilk prezidentinin 44 yaşlı oğlu qəfildən öldü (FOTO)
Qırğızıstanın ilk prezidenti Əsgər Akayevin oğlu Aydar Akayev Moskvada vəfat edib. 
Qaynarinfo tengrinews.kz-ya istinadən xəbər verir ki, 44 yaşlı Akayev qəfil ürək tutmasından dünyasını dəyişib.
Aydar Akayev ailəliydi, üç övladı var. Ailəsi Moskvada yaşayırdı. Aydar bizneslə məşğul idi.
Ümumilikdə Qırğızıstanın keçmiş prezidentinin dörd övladı var - Bermet, Aydar, Saadat və İlim.
 
 
Alpər