İsrail sakini qədim Misirə aid 3,5 min illik lövbər tapdı
İsrail sakini təsadüfən qədim Misirin yazı ilahəsi Seşatın təsvir oluduğu lövbər şəkilli lövhə tapıb. 
Qaynarinfo xəbər verir ki, "Haaretz” qəzeti tapıntının təqribən 3,5 min yaşı olduğunu qeyd edib.
Mütəxəssislər artefaktın eramızdan əvvəl XV əsrdə, fironların 18-ci sülaləsinin hakimiyyəti dövründə yaradıldığını müəyyən edib.
Onun unikallığı materialın yüksək keyfiyyəti və üzərindəki görüntülərin aydınlığıdır. Arxeoloqlar inanırlar ki, lövbər qədim Misir məbədini və ya kral sarayını bəzəyən barelyefdən oyulmuş daş plitədən düzəldilib.
Elm adamları bu lövbərin quraşdırıldığı gəminin firon III Tutmosun hərbi kampaniyalarından birində iştirak edə biləcəyinə inanırlar.