“İndi yavaş-yavaş özümə gəlirəm...” - Aktyor xəstəxanadan evə buraxıldı
Xəbər verdiyimiz kimi tanınmış aktyor Elməddin Cəfərovun qəfildən vəziyyəti pisləşdiyi üçün o, Mərkəzi Klinikaya yerləşdirilmişdi. 
Şiddətli ağrıları olduğunu bildirilən aktyorun səhhəti indi normaldır. 
Bu haqda Moderator.az-a açıqlamasında E.Cəfərov özü məlumat verib və artıq evə buraxıldığını bildirib:
“Allah sizlərdən razı olsun, indi yavaş-yavaş özümə gəlirəm. Qulağım sinir iltihabı verdiyi üçün dişlərim, üzüm və boynum şişmişdi, şiddətli ağrılarım var idi. Ona görə də təcili olaraq Mərkəzi Klinikaya yerləşdirilmişdim. Klinikada həkim Rəşad Quvalovun müalicəsi sayəsində özümə gəldim. İndi artıq evə buraxıldım və ev şəraitində müalicələrimi davam etdirirəm”.