Çinlilər koronavirusdan qorunmaq üçün başlarında plastik qab gəzirlər -FOTOLAR
“2019-nCoV” koronavirusunun sürətlə yayılması Çin vətəndaşlarını bu təhlükəli xəstəliyə qarşı ən qeyri-adi qorunma üsullarından istifadə etməyə məcbur edir.
Virtualaz.org xəbər verir ki, Çinin hava limanlarında, ictimai yerlərdə başlarında plastik şüşə, sellofan torba və motosiklet dəbilqəsi olan vətəndaşlara rast gəlmək adi hala çevrilib.
Sosial şəbəkələrdə lağa qoyulsa da, mütəxəssislər koronavirusun tənəffüs yolu ilə yayıldığını əsas gətirərək bu cür qorunmanın daha effektli olduğunu qeyd edirlər.
"Burada gülməli heç nə yoxdur. Bəziləri üçün bu, koronavirusdan qorunmağın yeganə yoludur. Doğrudur, vətəndaşların bu cür görünüşü qeyri-adi görünür, lakin əgər bu virusdan qorunmanı təmin edirsə, niyə də istifadə olunmasın?”, - deyə mütəxəssis qeyd edir.
Hava limanlarında və təyyarə göyərtəsində bu cür vətəndaşlar anlayışla qarşılanır. Hesab olunur ki, tibbi maskaların qıtlığı fonunda insanların özlərini virus infeksiyasından qorumaq üçün başqa vasitələrə əl atmaları normal haldır.